Hörmətli ziyarətçilər,

DoktorAZ.com'un 6 illik qurucusu olan Dr. Ramil Həsənlinin acı vəfatından sonra onun xatirəsinə həsr etdiyimiz yenilənmiş DoktorAZ.com saytı əvvəlki - ödənişsiz informasiya mübadiləsi missiyasını davam etdirəcək.

Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.

Pərakəndəlik olmaması baxımından ATU-AMU.netFayllar.com saytları da ləğv edilir və zəruri fayllar burada yerləşdirilir. Saytda kateqoriyalaşdırma tam hazır olana və qaydalar izah olunana qədər istifadəçilərin yeni başlıqlar yaratması limitlənib.

DoktorAZ.com - Qeydiyyat

DoktorAZ.com saytında qeydiyyatdan keçdiyiniz halda aşağıdakı şərtləri qəbul etmiş hesab olunursunuz. Nəzərə alın ki, lazım gəldikdə bu şərtlərə müxtəlif dəyişikliklər edilə bilər və bununla bağlı siz məlumatlandırıla bilərsiniz. Buna rəğmən siz özünüz mütəmadi olaraq saytın qaydalarını gözdən keçirə bilərsiniz.

1. Saytdan istifadə edən zaman digər istifadəçilərə hörmətlə yanaşmağı, təhqir edici, təhdid edici, ədəbsiz, vulqar, nifrət, böhtan məzmunlu və ya ölkəmizin qanunlarına zidd olacaq paylaşımlar etməməyi qəbul etmiş olursunuz. Paylaşımlar dedikdə sizin bütün yazılarınız (başlıqlar, postlar, mesajlar və s.) nəzərdə tutulur.

2. Sayt idarəçilərinin forumlarda sizin tərəfinizdən paylaşılmış olan başlıqları lazım gəldikdə və ya ehtiyac olduqda sizə xəbərdarlıq edilmədən silmək, məlumatlarını dəyişdirmək, başqa foruma və ya kateqoriyaya köçürmək, aktuallığını itirdiyi üçün və ya artıq postlar yazılmaması üçün kilidləmək və həmçinin uyğun olmayan postlarınızı silmək və dəyişdirmək hüququna malik olduğunu qəbul edirsiniz.

3. Bir istifadəçi olaraq foruma daxil etdiyiniz bütün məlumatların, həmçinin IP ünvanınızın qeydə alındığını qəbul edirsiniz. Bu məlumatlar sizin razılığınız olmadan heç bir üçüncü tərəfə açıqlanmasa da, məlumatların oğurlanmasına səbəb ola biləcək hər hansı hacker hücumuna görə DoktorAZ.com məsuliyyət daşımır.

4. Saytın şərtlərini pozmanız aşkarlandığı halda müddətli və ya müddətsiz (daimi) olaraq saytdan uzaqlaşdırıla biləcəyinizi, giriş etmiş olduğunuz bütün IP ünvanların bloklana biləcəyini, növbəti qeydiyyat cəhdlərinizin məhdudlaşdırıla biləcəyini qəbul edirsiniz.

DoktorAZ.com saytında qeydiyyatdan keçdiyiniz halda yuxarıdakı şərtləri qəbul etmiş hesab olunursunuz.