Hörmətli ziyarətçilər,

DoktorAZ.com'un 6 illik qurucusu olan Dr. Ramil Həsənlinin acı vəfatından sonra onun xatirəsinə həsr etdiyimiz yenilənmiş DoktorAZ.com saytı əvvəlki - ödənişsiz informasiya mübadiləsi missiyasını davam etdirəcək.

Forum şablonu ilə hazırlanmış yeni DoktorAZ.com saytının tam ödənişsiz olacağı və könüllü şəxslər tərəfindən idarə olunacağı üçün texniki məsələlərin həllində gecikmələrin ola biləcəyinin fərqindəyik və bunları anlayışla qarşılamanızı diləyirik.

Pərakəndəlik olmaması baxımından ATU-AMU.netFayllar.com saytları da ləğv edilir və zəruri fayllar burada yerləşdirilir. Saytda kateqoriyalaşdırma tam hazır olana və qaydalar izah olunana qədər istifadəçilərin yeni başlıqlar yaratması limitlənib.

DoktorAZ.com - Məxfilik Siyasəti

Aşağıdakı qaydalar “DoktorAZ.com” saytında məlumatlarınızın necə istifadə ediləcəyini əks etdirir.

1. “DoktorAZ.com” saytı phpBB forum şablonunu və proqram təminatını istifadə edir. Saytdan istifadə edərkən kukilərin (cookies) istifadəsini qəbul etmiş sayılırsınız. Kukilər daxil olduğunuz brauzerdə saxlanan və saytdan istifadənizi rahatlaşdıran məlumatlar toplusudur.

2. Saytdan istifadə zamanı qonaq kimi və ya saytın üzvü kimi daxil etdiyiniz məlumatlar (başlıqlar, postlar, profil məlumatlarınız, şəkillər, fayllar, mesajlar və s.) təyinatından asılı olaraq adi və ya şifrələnmiş formada databazada saxlanılır. Gizli məlumatlar heç kim ilə paylaşılmır.

3. Hesab şifrəniz təhlükəsizliyinizə görə xüsusi kodlama üsulları ilə yenidən şifrələnmişdir və adi formada databazada saxlanılmır. İdarəçilər belə sizin şifrənizi bilə bilməz. Bununla belə, “DoktorAZ.com” üzərindəki şifrənizi başqa saytlarda istifadə etməməyiniz və ya başqa saytlarda istifadə etdiyiniz şifrələri “DoktorAZ.com” üzərində istifadə etməməyiniz tövsiyyə olunur. Şifrənizi heç kimə verməyin və unutmayın. Unutduğunuz təqdirdə "Şifrəmi unutdum" səhifəsindən istifadə edə bilərsiniz. Bu zaman e-mail adresinizə göndəriləcək xüsusi linkdən hesabınıza yeni şifrə təyin edə biləcəksiniz.