Ürəyinizin sağlamlığını 10 sualda bilin

Dünyada olduğu kimi, Azərbaycanda da ölüm səbəbi ürək damar xəstəlikləri olan diaqnozlar ilk sıralardadır. Və aparılan statistik araşdırmalar da onu göstərir ki, hər il bu xəstəlikdən ölənlərin sayı bir öncəki ilə görə daha çox olacaq. Amma, qarşısını almaq mümkündür. Bunun üçün aşağıdakı sualları oxuyaraq yol xəritinəzi aydınlatın.

Ürəyin kontrol müayinəsi nə vaxtdan başlamalıdır?

Ürəyin kontrol müayinəsi ana bətnində olarkən başlamalıdır. 3 ay bitdikdən sonra USM vasitəsi ilə uşaqların ürəyinə baxılmalı, sağlam olduğu dəqiqləşdirilməlidir. Anadan olduqdan sonra 5 yaşına kimi EXO müayinə edilməldir, daha sonra 20 yaşına kimi heç olmazsa 1 neçə dəfə qan şəkəri, xolesterinlər, təzyiq yoxlamaları aparılmalıdır.

Ürək sağlamlığı baxımından ən riskli dönəm hansıdır?

20 ilə 30 yaş ürək sağlamlığı baxımından ən vacib dönəmdir. Universitetə qəbul olana kimi çox çətin hazırlıqlar, imtahanlar, universitet başladıqdan sonra ailədən ilk dəfə uzaq şəhərə getmək, ilk sevgi, evlilik, uşaq sahibi olmaq və s. kimi səbəblər ürəyi yormaqdadır. Anadan olduğumuzda ürəyimiz sıfır yaşındadır. 20 yaşına gəldiyimizdə isə 20 yaşından daha çox olduğu isə dəqiqdir. Əsas olan ürək yaşı ilə normal yaşı eyni aparmaqdır. Bu dönəm ən çox siqaret çəkməyə başlanılan dönəmdir. Ona görə də 30 yaşına kimi pis istifadı olunmuş, doğru baxılmamış bir ürək daha tez infarkt olma riskini daşıyır.

Ürəkdəki hər ağrı diqqətə alınmalıdırmı?

Ürək 24 saat durmadan işləyən və normal bir əzələdən daha çox oksigenə ehtiyac duyan bir orqandır. Damarlardan biri tıxanarsa və ya lazımı mmiqdarda oksigeni ürəyə gətirməzsə miokard infarktı ola bilər. Miokard infarktı gəzərkən arğılarla başlaya bilər və ya sonrasında istirahət zamanı da özünü göstərə bilər. Bunun yanında ağrısız ürək xəstəlikləri də ( səssiz ürək xəstəliyi) vardır. Ağrısı olmayan xəstə şanssızdır. İlk ağrı miokard infarktı, ilk miokard infarktı həyatı itirəcək qədər ağır ola bilər.

Hansı ağrılar miokard infarktından xəbər verir?

Sinədə, boyunda alt çənəyə vuran, qolda, əsasən sol qolda və ya barmaqda, basqı hissi, uyuşuqluq varsa o an həkimə gedilməlidir. Əsasən də bu nahiyələrdə daha əvvəl olmayan hər hansı bir ağrı mütləq diqqətə alınmalıdır.

Hansı xəstələrdə səssiz ürək xəstəliyi görünür?

Ağrı vucdu qoruyan bir mexanızmadır. Ağrı mexanızması olmayan xəstələr, biyabetlər-şəkər xəstələri, KOAH – xronik obstruktiv ağciyər xəstəliyi, və kök adamlardır. Ortalama 20% xəstələr bu qrupa daxildir. Özəlliklər qadınlarda kişilərə nisbətən səssiz ürək xəstəliklərinin keçirmə riski yüksəkdir.

Yetişkinlərdə ürəyin kontrol müayinələri nə qədər zaman aralığı ilə yoxlanılmalıdır?

Ailəsində cavan yaşda ürək xəstəliyi, özündə və ya ailəsində şəkər, yüksək təzyiq və çox kök olanlar yüksək risk qrupuna daxildir. Risk qrupundakılar 30, risk qrupunda olmayanlar isə 40 yaşından sonra hər il qan analizi, xolesterin, təzyiq, ekq, exo və efor test kotrollarını etdirməlidirlər. Əsasən də 40 yaşından sonra yüksək riskli işlərdə çalışan, adrenalini yüksək olan idarəçilər üçün əlavə olaraq anjioda olunmaları məsləhət görülə bilər. Son yaranan texnologiyalar sayəsində gələcək 10 il içində ürək və damar xəstəliklərinin vəziyəti haqqında da məlumat sahibi olmaq mümkündür.

Yüksək endorfin ürək sağlamlığı üçün yaxşıdırmı?

Orqaznimizdə özümüz hazırladığımız 2 hormon var: Adrenalin və endorfin. Arenalin biri ayaqda saxlayan hormondur. Təzyiqimizi və nəbzimizi yükəsldir. Amma, döyüntü, spazm və yüksək təzyiq yara bilir. Endorfin isə damarları genişlədir. Hər ikisi xoşbəxtlik verir, alışqanlır yaradır. Yaxşı bir muqisi dinləyərkən, sevdiyimiz bir kitabı oxuyarkən, rahat bir yürüyüşdən sonra qan endorphin səviyyəmiz yüksəlir. Endorfin nə qədər yüksək, adrenalin nə qədər az olarsa ürək sağlamlığı o qədər yaxşı olar. Ürək sağlamlığının əsı formula adrenalini azaldın, endorfini artırmaqdan keçir.

Uşaqlar miokard infarktı keçirə bilərmi?

Uşaqlarda ürəklə bağlı olan ölümlər miokard infarktı deyildir. Miokard infarktının ola bilməsi üçün ürəyi qidalandıran damaların içində tromb olması lazımdır. Uşaqlardakı ölüm səbəbləri əsasən anadan gəlmə ürək qüsurlarıdır. Bir qapaq darlığı ( çox vaxt aort qapaq), anadan gəlmə ritm pozğunluğu və ürəyin iki divar arasının qalınlaşması ola bilir. Əsasən uşaqlardakı ölümlər anadan gəlmə anomaliyalara bağlı ritim pozğunluğu ilə olmaqdadır. Yeni doğulan uşaqlarda əmmə çətinliyi, əmərkən siyanoz kimi problemlər olursa bu anadan gəlmə bir ürək xəstəliyinin olduğunu göstərir.

 

Soyuq və isti ürək sağlamlığına necə təsir edir?

Miokard infarktı və damar xəstəlikləri qış fəslində daha çox olur. Soyuq, bir spazmın əsas faktorlarındandır. Soyuq ağız vasitəsi ilə və sinədən olursa bu spazma səbəb olur. Əsasən soyuq havalarda çölə çıxarkən qalın geyinilməlidir. Qış aylarında istifadəsi artan qrip dərmanları ritim pozuqluğuna səbəb olmaqdadır. Yay aylarında da çox istilər zamanı bədəndə tərləmə və digər yol ilə suyun azalması qanın qatılaşaraq axmasının azalması da koronar damar içində damar tıxnamasına səbəb olur. Yay aylarında sudan istifadə daha çox olmalıdır, su içimi olaraq.

Ürək üçün hansı idman edilməlidir?

Ürək sağlamlığı üçün ən yaxşı idman orta temlə yürüyüş etməkdir. Orqanizmi çox yormayacaq formada idman edilməlidir. Əgər orqanizim öyrəncəlidir ki 45 dəqiqə gəzmək idealdır. Ancaq ilk dəfə idman ediləcəksə çox yüklənməmək və orqanizmi yormamaq lazımdır. Ürək sağlamlığı üçün 2-ci diman üzməkdir.  İdman zamanı nəbzim 120 – nin üzərinə çıxmaması məsləhətdir.

Ürək xəstəliklərdindən qorunmağın ilk addımı siqaretdən uzaq durmaqdır. Sonra isə çəkini normaya salmaq, təzyiq və şəkər kontrolda saxlanılmalıdır.

Dəyərli oxuyucularım, bu yazı başda ürək xəstəlikləri olmaqla qeyri tibbi insanları maarifləndirmək məqsədi ilə hazırlanmışdır,müalicə xarakteri daşımır. Unutmayın həkimin əyani baxışı olmadan özünümüalicə saglamlıgınıza ciddi zərər vura bilər. Belə hallara gorə sayt rəhbərliyi və yazının müallifi məsuliyyət daşımır!

Həkiminizin icazəsi olmadan və ya həkim qəbulunda olmadan dərman qəbul etməyin. İldə 1 dəfə mütləq kardioloji check-upa gedin. Və sizi izləyən bir terapevt və ya kardioloqunuz olsun. 

 

Yazını hazırladı: Dr. Ramil Həsənli

Türkiyənin Kocaeli Universitet xəstəxanasının kardiologiya kafedrasında, ümumi kardiologiya və aritmalogiya şöbəsi, Koronar reanimasiya və kardioloji poliklinika şöbələrində mütəxəssisləşmiş Dr. Ramil Həsənli non invaziv müayinə metodları ilə müayinə və müalicələrinə başlamışdır.
Müalicə etdiyi xəstəliklər
• Hipertoniya – Yüksək təzyiq
• Ürəyin işemik xəstəlikləri / Stenokardiya və İnfarkt
• Ürək çatışmazlığı
• Aritmiya/ritm pozuğluğu
Müayinə üsulları:
• Kardioloji müayinə
• Elektrokardioqramma
• Exokardioqrafiya
Dr. Ramil Həsənli Türk Kardioloji Dərnəyinə və Avropa Kardioloji Cəmiyyətinin 5 dərnəyinin üzvüdür. Bir çox yerli və xarici konfransların iştirakçısıdır.

Bir cavab yazın