Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Ürək dostu 15 qida – Sağlam ürək

Ürək dostu 15 qida – Sağlam ürək
Advert
07 Oktyabr 2020 - 1:26
Advert

Sağlam bir bədən üçün 50-dən çox və fərqli qidalara ehtiyac var. Bəzi qidalar var ki, digərlərinə görə ürək sağlamlığına daha çox müsbət təsir edir. Bu qidaları sizlər üçün sıralayıram.

Yağlı Balıqlar
Omega-e yağ asitlərindən zəngin olan yağlı balıqlar ürək sağlamlığına müsbət təsir edir. Balıqlardakı omega-3 yağ asitləri qeyri-düzgün ürək vurğularını və damarlarda tıxanıqlığa səbəb olan pilakların əmələ gəlməsini əngəlliyir.

Yağlı Toxumlar
Badam, qoz, fındıq kimi yağlı toxumlar lif və sağlam yağ asitləri ilə ürək sağlamlığını qoruyurlar. Bu qidaların duzsuz olanlarına üstünlük verilməlidir.

Giləmeyvələrdən
Böyürtkən, malina, çiyələk kimi meyvələr içindəki lif və bioaktiv elementlər sayəsində ürək dostu sayılırlar. Bu meyvələrə rəng verən elementlər qan təzyini normallaşdırır və damar sağlamlığını qoruyur.

Kətan Toxumu
Tərkibindəki omega-3 yağ asitləri, lif və bioaktiv elementlər ilə ürək sağlamlığını qoruyurlar. Əzilmiş formada istifadə edilməsi lazımdır.

Yulaf Əzməsi
Tərkibindəki lif sayəsində qidalardakı xolesterolun bir hissəsinin xaric edilməsində iştirak edir, xolesterol səviyyəsini azaldır və toxluq hissi verir.

Paxlalı Qidalar
Paxla, noxud, yaşıl mərcimək və bənzəri qidalarda lif və B qrupu vitaminləri zəngindir. Bunlar da ürək sağlamlığını qoruyur. Qan şəkərini normallaşdırırlar.

Sarı və Qırmızı tərəvəzlər
Yerkökü, şirin kartof, qırmızı bibər, boranı ürə sağlamlığını qoruyan beta karoten, lif vı C vitamini ilə zəngindirlər. Kartof çox yaxşı kalium qaynağıdır və qan təzyinin normallaşmasına kömək edir.

Yaşıl tərəvəzlər
İspanaq və brokoli kimi yaşıl tərəvəzlər (və digələri) kalium, lif, folat, kalsium və C vitamini ilə zəngin ürək dostu tərəvəzləridir.

Bitter Şokolatı
Kakao səviyyəsi 70%-dən çox olan qara şokolat ürək sağlamlığını qoruyan bioaktiv elementlərlər (polifenollar) zəngindir. Polifenollar qan təzyiqi səviyyəsini normallaşdırır.

Tropik Meyvələr
C vitamini, beta karoten, folat və lif ilə zəngin olan portağal, mandalin, ananas kimi meyvələr laxtalanmanı normallaşdıraraq qan xəstəliklərindən qoruyurlar.

Pamidor
Ürək sağlamlığı üçün vacib olan kalium ilə zəngindir. Güclü bir antioksidant olan likopen sayəsində pis xolesterol adlandırdığımız LDL səviyyəsini və miokard infarkti riskini azaldır.

Zeytunyağı
Diyet üçün vacib əhəmiyyətə malik olan zeytun yağı, tərkibindəki doymamış yağ asitləri sayəsində həm xolesterol səviyyəsini normallaşdırır, həm də şəkəri səviyyəsini azaldır.

Yaşil Çay
Antioksidant olan yaşıl çayın gündə ən az 4 fincan içilməsi ürək xəstəlikləri və miokard infarktı riskini ciddi şəkildə azaltmaqdadır.

Kofe
Gündə 2 fincan kofe tərkibində olan maddələr sayəsində ürək xəstəlikləri və miokard infarktı riskini azaldır. Ancaq, kofein şəkərsiz və şokolad/kremsiz olması lazımdır.

Avokado
Doymamış yağ asitlərindən zəngin olan avokado həm xolesterol səviyyəsini azaldır, həm də tərkibindəki kalium sayəsində qan təzyini normal saxlayaraq ürək sağlamlığına müsbət təsir edir.

 

Dr. Ramil HASANLI

Müəllif icazəsi olmadan yazını sayt və səhifələrdə paylaşmaq olmaz.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020