Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Türkiyədə Diploma Denklik bəlgəsi necə alınır? STS nədir və yeniliklər nələrdir?

26 Avqust 2020 - 15:01
Türkiyədə Diploma Denklik bəlgəsi necə alınır? STS nədir və yeniliklər nələrdir?

Dəyərli tibb tələbələri və doktorlar, bildiyiniz kimi ilk və tək “Tibbi Təhsil və İnformasiya Portalı” olan DoktorAZ.Com 2015-ci ilin fevral ayından tibb təhsili üzrə diplomdan sonrakı mərhələ üzrə onlineödənişsiz məlumat verir, konsultasiya (danışmanlık) xidməti verir. İmtahanlar haqqında yeniliklər, imtahan tarixləri və bir çox sualların cavabı portalımızda yerləşir.

STS, TUS, DUS, YDS, TİPDİL, YÖKDİL imtahanları haqqında saytımızda daha əvvəl də məlumatlar yer almışdır. Yenilənən məlumatlara əsasən bunlar geniş formatda yazılır. Bu sayımızda denklik bəlgəsiSTS imtahanından yazılır. Növbəti sayımızda  TUS/DUS, YDS/TİPDİL/YÖKDİL imtahanları haqqında yazılacaqdır.

  • Denklik bəlgəsi nədir? 

Xarici ölkələrdən alınan diplomların Türkiyədən məzun olarkən alınan diplomlarla eyni səviyyədə olduğunu təsdiq edən bir sənəddir.

  • Denklik bəlgəsini kim verir?

Yükseköğretim Kurulu adına Tanıma ve Denklik Hizmetleri Daire Başkanlığı (YÖK)

  • Denklik bəlgəsi necə alınır?

Türkiyədə Tibb/Diş ixtisasları üzrə denklik bəlgəsinin alınması bir neçə mərhələdən ibarətdir. İlk mərhələ ÖSYM-nin keçirmiş olduğu TUS (Tıpda Uzmanlık Sınavı) imtahanının 2-ci hissəsi – klinik hissəsini başarılı şəkildə vermək lazımdır. Sonra YÖK-ün qərarına əsasən Türkiyədə bir xəstəxanada 6-9 ay müddətində klinik təcrübə – staj keçirilir. Sonra denklik bəlgəsi hazırlanır verilir.

  • İmtahan formatı və sual sayıları nə qədərdir?

Qeyd etdiyim kimi imtahan TUS imtahanın 2-ci mərhələsi – klinik hissəsidir. İmtahan yazılı formada keçirilir. 5 klinik fəndən 120 sualdan ibarətdir. İmtahan 150 dəqiqə olur. Sual paylaşımı ixtisaslara görə aşağıdakı formadadır:

Dahiliye – 30

Pediatri – 30

Genel Cerrahi – 30

Kadın Doğum  – 12

Küçük Stajlar – 18

  • İmtahan nə zaman və harda olur?

STS – TUS ildə 2 dəfə, STS – DUS imtahanı ildə 1 dəfə olur. STS imtahanı Ankara şəhərində keçirilir. İmtahan tarixləri imtahan keçirən qurum olan ÖSYM-nin rəsmi internet saytında dərç olunur.

  • İmtahana iştirak etmək üçün hansı sənədlər tələb olunur?

Türkiyədə diploma denklik bəlgəsi almaq üçün Diplom, qiymətlər cədvəli Türk dilinə tərcümə təsdiq olunur, orta məktəb attestatı Türk eğitim müşavirliyindən denkliyi alınır, pasport və digər sənədlər tələb olunur. Lazım olan sənədlərin siyahısını YÖK-ün rəsmi internet saytından görə bilərsiniz. Buradan baxın.

 

  • Sənədləri göndərdikdən sonrakı proses necədir?

Sənədlər YÖK-ə getdikdən sonra müəyyən mərhələ yoxlamalardan keçir və sonra rəsmi cavab gəlir. Bu cavabda denkliyinizi almaq üçün proses – imtahana girməyiniz və staj keçməyiniz qeyd olunur. İmtahandan uğurla keçdikdən sonra yenidən staj üçün müraciət olunur və staj keçirilir xəstəxanaların birində.

Staj adətən dahiliye,  cerrahi, pediatri,  kadın doğum, acil ve halk sağlığı bölümlerinde keçilir. Bunların müddəti YÖK-dən gələn cavabda qeyd olunur.

 

 

 

 

 

 

 

 

 

 

Sual cavab Dr. Ramil HASANLI tərəfindən ÖSYMYÖK-ün rəsmi saytında yer alan məlumatlara əsasən hazırlanmışdır.

STS, TUS, DUS, YDS, TİPDİL, YÖKDİL imtahanları haqqında suallarınızı facebook sosial şəbəkəsindıən bizə yaza bilərsiniz.

facebook – Ramil Hasanlı

 

XƏBƏR HAQQINDA FİKİRLƏRİNİZİ YAZIN
Yorum Yok

Şərh yazmaq üçün daxil olmalısınız.

Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020

hack forumwarezwebmaster forumuhack haberhack forumhack forum