Tovuzda pediatriya üzrə distant kurs təşkil edilib

Təhsil proqramlarının mənimsənilməsi tədris fəaliyyətini həyata keçirən müəssisələrdə müxtəlif yeni texnoloji vasitələrin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir.

DoktorAZ.Com xəbər verir ki, İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, pediatriya kafedrası tərəfindən Bakı şəhərində və Tovuz rayonunda çalışan pediatrlar üçün distant kurs təşkil edilib. Tovuzda həkimlərlə praktiki məşğələləri pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent İlahə İsrafilbəyova aparıblar.

Həkimlər distant kursların daha sərfəli və səmərəli olduğunu bildiriblər.

Bir cavab yazın