Tomoqrafiya müayinəsi vasitəsilə də koronavirus diaqnozu qoymaq mümkündür

Koronavirusun bütün əlamətləri yuxarı tənəffüs yollarının infeksiyalarının əlamətləri ilə eynidir. Yəni, yüksək hərarət, öskürək, burun axıntısı kimi simptomlar qeydə alınır. Sadəcə olaraq, koronavirus ciddi pnevmaniya yaradır. Kliniki əlamətlərlə yanaşı, laborator, yəni, radioloji simptomlar, burun və qan nümunəsinin analizi ilə diaqnozu təsdiqləmək olar. Son araşdırmalara göstərir ki, test olmasa belə, tomoqrafiya müayinəsi vasitəsilə ağciyərin tutumuna görə koronavirus diaqnozu qoymaq olar.

DoktorAZ.Com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

“Heç bir ölkəyə səyahət etməyən və xəstə insanla təmasda olmayan şəxsdə yüksək hərarət koronavirusdan şübhələnməyə əsas vermir. Bu, adi bir virus da ola bilər”, – deyə V.Əliyev qeyd edib.

Bir cavab yazın