TƏBİB: Son zamanlar yoluxmalar əsasən ailə içində olur

Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur.

DoktorAZ.Com Trend-ə istinadən məlumat verir ki,bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara getdilər: “Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirilməlidir. Əgər bu gün mən COVİD-19-a yoluxmuş şəxsi görsəydim, deyərdim ki, onu izolyasiya edək.

Təəssüf ki, bu, mümkün deyil. Keçən həftə “qapanmaya gedək” dedik, amma onu gördük ki, yoluxmanın çox olduğu narıncı zonadakılar yoluxmanın az olduğu rayonlara getdilər. Oradan bizə müraciət etdilər ki, burada da vəziyyət pisləşəcək. Bunu bizə sadə vətəndaşlar deyirdilər”.

Bir cavab yazın