TƏBİB: Kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin sayı çoxdur

Test nəticəsi neqativ çıxan və ya hələ açıqlanmayan, amma kliniki əlamətləri COVİD-19 kimi olan xəstələrimizin də sayı çoxdur.

DoktorAZ.Com Trend-ə istinadən məlumat verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bəzi hallarda – xəstəlik 7-8 gün irəlilədikdən sonra COVİD-19 virusu yalnız aşağı tənəffüs yollarında olur. Həmin zaman virus artıq burun-udlaq yollarında aşkarlanmır.

Bir cavab yazın