Tibbi Təhsil və İnformasiya Portalı

Advert

TƏBİB-in əməkdaşlarından bir qrupu qripə qarşı peyvənd olunub

TƏBİB-in əməkdaşlarından bir qrupu qripə qarşı peyvənd olunub
Advert
05 Noyabr 2020 - 18:25
Advert

Hazırda dünyada və ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirir. Eyni zamanda, payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Koronavirus infeksiyası ilə yanaşı, həmin xəstəliklərin də mövcudluğu epidemik vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.

Ölkəmizdə ilk dəfə olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyi ilə birlikdə peyvənd olunacaq risk qrupları müəyyənləşdirib və vaksinasiya prosesinə başlanılıb. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri – həkimlər, orta tibb personalı, həmçinin hamilələr, 6 aylığından başlayaraq körpələr, uşaqlar və xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

AZƏRTAC xəbər verir ki, noyabrın 5-də Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumun işçilərinin bir qrupu qripə qarşı peyvənd olunublar.

Tədbirdə qeyd olunub ki, Niderland Krallığında istehsal olunan İnfluVak Tetra peyvənd dördvalentlidir və inaktivasiya olunub. Həmin peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq şəkildə səhiyyə müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

Ölkəmizdə vaksinasiyanın tətbiqinə oktyabrın 12-dən xüsusi ayrılmış tibb müəssisələrində başlanılıb. Prosesin bir ay müddətində davam etməsi nəzərdə tutulub.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020