Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için

Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için
Advert
08 İyun 2021 - 21:25
Advert

Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz vəziyyətini yaxşılaşdırmaq üçün insan mümkün qədər çox maye qəbul etməlidir.

DoktorAZ.Com Saglamolun.Az-a istinadən xəbər verir ki, maye orqanizmdən xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri yuyub aparır, yüksək hərarəti salmağa kömək edir. Aşağıda biz sizə soyuqdəymə zamanı ən faydalı sayılan içkiləri təqdim edirik.

1. İtburnu dəmləməsi C vitamini ilə zəngindir. Həmçinin dəmləmə sidikqovucu təsirə malikdir, yüksək hərarəti salmağa kömək edir.

Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı itburnu qurusu əzilir, termosa tökülür və üzərinə 1/2 l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın və növbəti gün için. İtburnu meyvəsinin içərisində olan kiçik tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir. Bu səbəbdən içməzdən əvvəl dəmləməni tənzifdən bir neçə dəfə yaxşı süzün.

2. Yaşıl və ya qara çay balla və limonla. Çay sidikqovucu təsir edir, bal ümumi möhkəmləndirici və iltihabəleyhinə təsirə malikdir. Limon isə sağalmanı tezləşdirən C vitamini ilə zəngindir. Bal və limon ilıq çaya əlavə olunur. İsti çaya əlavə olunduqda onlar öz faydalı xüsusiyyətlərini qismən itirir.

3. Zəncəfilli çay balla və limonla. Zəncəfil güclü iltihab, mikrob və virusəleyhinə təsirə malikdir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil 1 fincan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 çay qaşığı bal və limon əlavə olunur.

4. Çobanyastığı və cökə yarpaqları ilə çay. Çobanyastığı və сökə iltihabəleyhinə təsirə malikdir. 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı cökə 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və süzülür. İçəndə dəmləməyə bal əlavə edin.

5. İsti süd Borjom suyu ilə. Bu vasitə öskürək zamanı xüsusilə yaxşı kömək edir. Qaynanmış isti süd yarıbayarı Borjomla qarışdırılır və içilir.

6. Süd sarımsaqla. Sarımsaq sınanmış iltihabəleyhinə vasitədir. İlıq südə 10 damcı sarımsaq şirəsi əlavə olunur, qarışdırılır və yatmazdan əvvəl içilir.

 


OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Advert
MaraqlıÖlkəSağlamlıqXəbər LentiXəstəxanalar
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Diş xəstəlikləriKardiologiyaÖlkəSağlam QidaSağlamlıqXəbər Lenti
Limonlu suyun faydaları nədir, nə üçün istifadə olunur? Limon su arıqlamağa kömək edirmi?
Kişi SağlamlığıMaraqlıQadın SağlamlığıSağlamlıqXəbər Lenti
6 saatdan az yatmaq Alzheimer, xərçəng və sonsuzluğa səbəb olur
MaraqlıSağlam QidaSağlamlıqXəbər Lenti
Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021