Seçenov Universitetinin Bakı filialı magistratura proqramının açılışını elan edir

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı yeni 2020/2021-ci tədris ilində “Əczaçılıq sənayesi” ixtisası üzrə “Dərman preparatlarının keyfiyyətinin təminatı” magistratura proqramının açılışını elan edir.

DoktorAZ.Com xəbər verir ki, bu barədə Filialdan AZƏRTAC-a bildiriblər. Təhsil proqramı dərman vasitələri istehsalının əczaçılıq keyfiyyəti sistemi proseslərinin fəaliyyətinin təşkili, dərman vasitələrinin istehsalına və keyfiyyətinə nəzarət tələblərinə riayət olunması, dərman vasitələrinin keyfiyyət təminatı üzrə bölmələrin əməkdaşlarının işinin təşkili, dərman vasitələrinin əczaçılıq keyfiyyəti sisteminin planlaşdırılması və təkmilləşdirilməsi kimi bacarıqlara yiyələnmiş magistrlərin hazırlığına yönəlib.

Qəbul üçün tələb olunan sənədlərin təqdimatı qaydaları və müddəti haqqında məlumat tezliklə filialın rəsmi saytında yerləşdiriləcək. (http://www.mma.edu.az).

Bir cavab yazın