Rezidenturaya qəbul imtahanlarına hazırlaşanların nəzərinə!

Hörmətli namizədlər!

Sİzlərə baza fənləri üzrə nəşr edilmiş daha iki vəsaiti – “Анатомия человека” və “Patoloji fiziologiya” adlı vəsaitləri təqdim edirik. Nəzərinizə çatdırmaq istəyirik ki, təqdim etdiyimiz vəsaitlər də tərtib edilərkən digər vəsaitlərimizdə olduğu kimi son illərdə əldə edilmiş elmi yeniliklər nəzərə alınmışdır. Həm yerli, həm də xarici mütəxəssislərin müsbət rəyinə layiq görülmüş bu vəsaitlər ATU-nun müvafiq fənlər üzrə tədris proqramları və DİM-in rezidenturaya qəbul imtahanı proqramları əsasında hazırlanmışdır. Bildirmək istəyirik ki, “Patoloji fiziologiya” adlı vəsait ATU-nun Elmi Şurası tərəfindən dərs vəsaiti kimi nəşrə tövsiyə olunmuşdur. Ümidvarıq ki, bu nəşrlər namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək edəcəkdir.

Keçən il nəşr olunaraq sizlərə təqdim olunmuş “Биологическая химия”, “Патологическая физиология”, “Нормальная физиология” və “Гистология (цитология, эмбриология, общая и частная гистология)” adlı vəsaitlər də ATU-nun Elmi Şurası tərəfindən dərs vəsaiti kimi tanınmışdır.

Hörmətli oxucular!

Təqdim edilən nəşrlər baza fənləri üzrə biliyin qiymətləndirilməsi işinə bir töhfədir. Nəşrlərə diqqətlə yanaşmağınızı və sizə təqdim olunan materiallarla bağlı rəy və təkliflərinizi DİM-in rezidentura üzrə sektoruna (ünvan: A. Salamzadə küç., 28, Bakı Asiya Universitetinin binası) bildirməyinizi xahiş edirik.

Bütün iradlarınıza, arzu və təkliflərinizə görə Sizə əvvəlcədən təşəkkürümüzü bildiririk!

Nəşrləri aşağıdakı ünvanlarda yerləşən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  •  DİM-in Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasındakı (Bakı Asiya Universitetinin binası) “Abituriyent” satış köşkü;
  • Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkü.

/DİM

Bir cavab yazın