Rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə!

DİM otk.az portalına rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə ayrı-ayrı istiqamətlərə aid yeni sınaq imtahanları əlavə edib

DİM otk.az portalına rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

İmtahana buradan yazıla bilərsiniz.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Bir cavab yazın