Qara maskanın heç bir qoruyuculuğu yoxdur, əksinə ziyanları ola bilər

Koronavirus tədbirlərindən biri və birincisi maskasız evdən çıxmamaqdır. İsti havalarda maska taxmaq çətinləşir, lakin, bəziləri bu halı günəş şüalarını ən çox özünə çəkən rəng olan qara maska taxaraq daha da ziyanlı formaya gətirə bilir.

Ziyanları bununla da bitmir, qara maskalar günəş şualarını özünə çəkməklə yanaşı isti havalarda tərləmələr nəticəsində təri özünə hopdurur. Bu da maska altında dərinin daha çox islanmasına səbəb olur. Maskanın hazırlandığı parça da çox vacib rol oynayır, əgər parça keyfiyyətsiz olarsa islanmış maska dəri ilə kontakt nəticəsində dermatit egzema dediyimiz reaksiya ortaya çıxa bilər. Və ya əvvəldən dəridə problemlər varsa bunlar daha da arta bilər. Yağlı dəridə də bir çox fəsadlara yol aça bilər.

“Qara maskanın heç bir qoruyuculuğu yoxdur”

Bu fikiri Türkiyənin Dicle Üniversiteti İnfeksion Xəstəlikləri kafedrasının müdiri Prof. Dr. Mustafa Kemal Çelen deyib. Cərrahi maskalar daha gözəl formada görünmür. Amma, qoruyuculuğu çok yüksəkdir. Amma, rəngli – adətən qara rəngli və yuyularaq təkrar istifadə oluna bilən parça maskalar gözəl formada görünür, hətta bir aksesuara çevrilib. Lakin, heçbir qoruyuculuğu yoxdur. Demək olar ki, qoruyuculuğu 10%-dən də azdır. Bunun üçün də qara və təkrar yuyulub istifadə olunan maskalar koronavirus tədbirlərinə aid edilmir. Doğru maska cərrahi maska olaraq adlandırılan və üst tərəfində tel olan, buruna bərkitmək üçün olan maskadır.

 

Bir cavab yazın