Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Oqtay Şirəliyev: “Sinovac” şirkətinin vaksini kifayət qədər effektlidir

Oqtay Şirəliyev: “Sinovac” şirkətinin vaksini kifayət qədər effektlidir
Advert
18 Yanvar 2021 - 13:45
Advert

Dünyada bir neçə müasir şirkət COVID-ə qarşı vaksin istehsal edib. Bütün ölkələr də öz əhalisini vaksinasiyadan keçirmək istəyir. Əksər ölkələrə növbə ilin sonuna, bəlkə də gələn ilə çatacaq, bundan tez olmayacaq. Lakin bizim ölkə rəhbərinin nüfuzu sayəsində demək olar ki, bütün firmalarla danışıqlar aparılıb. İstehsal olunan vaksinlərin xüsusiyyətləri, keyfiyyəti dəqiq öyrənilib. Mütəxəssislər də qərara gəldilər ki, Azərbaycan üçün ən yaxşı vaksin Çinin “Sinovac” şirkətinin vaksinidir. Qardaş Türkiyədə də həmin vaksindən istifadə olunur.

DoktorAZ.Com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib: “Ölkə rəhbərinin də tapşırığı o idi ki, ilk növbədə, vaksin təhlükəsiz olmalıdır. Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Bu, ən vacib məsələ idi. İkinci məsələ isə onun kifayət qədər effektivliyidir. Bununla bağlı müxtəlif ölkələrdən fərqli nəticələr əldə olunub. Lakin vaksin çox effektlidir. Vaksin vurduran insanların müəyyən hissəsi xəstələnə bilər, amma onlar bu xəstəliyi çox yüngül keçirdirlər. Bunların hamısı nəzərə alınaraq bu vaksin seçildi. Həmin peyvənd artıq Azərbaycandadır və bu gündən ölkəmizdə vaksinasiya kampaniyasına başlanılıb”.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021