Miokard infarktının qarşısının alınması (riski azaltmaq) üçün nələr edilməlidir?

Miokard infarktı ürəyin tac damar xəstəliyinin bir komplikasyonudur. Başqa formada desək ürəyin tac damar xəstəliyi olmadan miokard infarktı keçirmək mümkünsüzdür. Bu səbəbdən də miokard infarktından qorunmağın təməli ürəyin tac damar xəstəliyindən qorunmaqdır.

Ürəyin tac damar xəstəliyi riskini artıran faktorlar dəyişdiriləbilən və dəyişdiriləbilməyən risk faktorları olmaqla iki yerə ayrılır.

Dəyişdiriləbilməyən risk faktorları:

  • İrəli yaş
  • Kişi cinsiyyəti
  • Ailədə 55 yaşdan öncə ürəyin tac damar xəstəliyinin olması

Dəyişdiriləbilə risk faktorları:

  • Yüksək təzyiq
  • Yüksək xolesterol
  • Hərəkətsizlik
  • Normadan çox çəki
  • Şəkər xəstəliyi
  • Siqaret, spirtli içki
  • Qeyri düzgün qidalanma

Ürəyin tac damar xəstəliyindən qorunmaq üçün həyat tərzinizdə bəzi dəyişiklikləri edərək dəyişəbilən risk faktorları ortadan qaldıra bilərsiniz və beləliklə miokard infarktı olma riskinizi azalda bilərsiniz.

Ürək dostu 7 məsləhət:

  • Daha çox hərəkət edin
  • Xolesterolunuzu nəzarətdə saxlayın
  • Düzgün və sağlam qidalanın
  • Təzyiqinizə nəzarət edin
  • Normadan artıq çəkinizdən azad olun
  • Qan şəkərinizi kontrolda saxlayın
  • Siqaretdən imtina edin və siqaret çəkilən yerlərdən uzag olun

Yazını hazırladı: Dr. Ramil Həsənli  / Yazıları facebook-dan oxumaq üçün səhifəmizə keçid edin : Buraya daxil ol

Dəyərli oxuyucularım, bu yazı başda ürək xəstəlikləri olmaqla qeyri tibbi insanları maarifləndirmək məqsədi ilə hazırlanmışdır, müalicə xarakteri daşımır. Unutmayın həkimin əyani baxışı olmadan özünümüalicə saglamlığınıza ciddi zərər vura bilər. Belə hallara görə sayt rəhbərliyi və yazının müəllifi məsuliyyət daşımır!

Həkiminizin icazəsi olmadan və ya həkim qəbulunda olmadan dərman qəbul etməyin. İldə 1 dəfə mütləq kardioloji check-upa gedin. Və sizi izləyən bir terapevt və ya kardioloqunuz olsun. 

Türkiyənin Kocaeli Universitet xəstəxanasının kardiologiya kafedrasında, ümumi kardiologiya və aritmalogiya şöbəsi, Koronar reanimasiya və kardioloji poliklinika şöbələrində mütəxəssisləşmiş Dr. Ramil Həsənli non invaziv müayinə metodları ilə müayinə və müalicələrinə başlamışdır.
Müalicə etdiyi xəstəliklər
• Hipertoniya – Yüksək təzyiq
• Ürəyin işemik xəstəlikləri / Stenokardiya və İnfarkt
• Ürək çatışmazlığı
• Aritmiya/ritm pozğunluğu
Müayinə üsulları:
• Kardioloji müayinə
• Elektrokardioqramma
• Exokardioqrafiya
Dr. Ramil Həsənli Türk Kardioloji Dərnəyinə və Avropa Kardioloji Cəmiyyətinin 5 dərnəyinin üzvüdür. Bir çox yerli və xarici konfransların iştirakçısıdır.

Bir cavab yazın