Miokard infarktı keçirmişlər üçün necə müalicə metodu tətbiq edilir?

Miokard ifarktının müalicəsi mümkün olan ən qısa zamanda tıxanmış olan ürək damarının açılmasıdır. Tıxalı damarın açılması pıxtını əridən dərmanlar, balon və stent taxılması və ya bypass əməliyyatı ilə edilir. Bəzən bu müalicə metodlarını bir birini tamamlayıcı şəkildə istifadə edirlər.

Balon anjiyoplastikası

Xəstənin huşu özündəykən damarı açmaq üçün edilən girişimsəl müalicə metodudur. İncə, uzun və elastik bir kateterlə daralmanın olduğu damara girilir. Daha sonra həkim, kılavuz teli həmin kateter yolu ilə darlıq olan hissəyə göndərir. Balon da kılavuz telin üstündən keçirilərək tıxanma olan yerə yerləşdirilir. Balon nəzarət altında şişirdilir. Daha sonra düzəlməni görə bilmək üçün manitorda görüntü alınır. Sonra balon çıxardılır və qan axımı normal şəkildə davam etmiş olur. Bu prosedur təxmini 30 dəqiqə davam edir və yanaşı problem olmazsa xəstələr 1 gün yatışdan sonra səhəri gün xəstəxanadan evə göndərilir.

Stent yerləşdirilməsi

Tac damara stent yerləşdirilməsi, damarlarda balon anjiyoplastikası ilə lazımı qan axını təmin edilmədikdə, və/və ya damar içində çatlama/yırtılma kimi hallarda – bu kimi çətinlikləri aradan qaldırmaq və damarda daha yaxşı qan axımını təmin etmək məqsədi ilə edilən müalicə yöntəmidir.

Stent paslanmaz materialdan hazırlanan rulon şəkilində bir tel qəfəsdir. Stentlər, balon üzərinə yerləşdirilir və damar içində balonun şişirdilməsi ilə açılaraq damarın iç divarına bərkidilmiş olur.

Dərmansız dəmir stentlərdə həftələr içində, dərmanlı stentlərdə isə aylar içində bu stentlərin üstü endotel təbəqəsi ilə bağlanır və stent yaşam boyunca damar divarında qalır. Yeni hazırlanmış əriyəbilən stentlər isə  6-8 ay sonra tamamən yox olur.

Balon və stent əməliyyatlarında uğurlu nəticə 95%-dən çoxdur.

Bypass əməliyyatı

Bədənin qol, ayaq kimi digər nahiyələrindən alınan damarlar, tıxalı olan ürək damarlarına təkrar qan axımını təmin etmək üçün istifadə edilir. Beləliklə, bu damarların qidalandırdığı miokard infarktı olan hissələrə lazımınca qan axımı təmin olunur. Bypass əməliyyatından sonra xəstə xəstəxanada bir neçə gün qalır.

 

Miokard infarktı müalicəsindən sonra xəstə evə göndərildikdən sonra nələrə diqqət etməlidir?

Miokard infarktı keçirmiş birinin təkrar miokard infarktı keçirmə riski, heç keçirməyən bir insana görə daha çoxdur. Bu səbəbdən doktorun verdiyi yaşam tərzi dəyişikliklərinə əməl edilməsi, həkim müayinələrini axsatmamalı və dərmanların əksiksiz şəkildə nizamlı qəbul edilməsi HƏYATI ÖNƏM DAŞIYIR.

Dərmanlarınızı həkiminizin dediyi formada qəbul etməyiniz çox vacibdir. Bu səbəblə məsləhət görülən dərmanları həkiminizlə məsləhətləşmədən qəti şəkildə dayandırmayın və dəyişdirməyin. Dərmanlarınızı dayandırmaq həyatınızı təhlükəyə ata bilər.

  • Sizə yazılan dərmanlar sizdə hər hansı bir yan təsir edərsə zaman itirmədən həkiminizə məlumat verin.
  • Müayinələrinizi zamanında edin və müayinəyə gələrkən bütün dərmanlarınızı yanınızda gətirin.
  • Xəstəxanadan çıxdıqdan sonra davam edən hər hansı aktiv şikayətiniz yoxdursa 1-2 həftə dincəldikdən sonra işinizə və normal həyatınıza davam edə bilərsiniz. Ancaq, ağır, yorucu işdə işləyirsinizsə bunu mütləq həkiminizlə danışın.
  • 1-2 həftə sonra təyyarə ilə səyaətə çıxa bilərsiniz. (Daha erkən planlarınız varsa bunu təxirə salmağınız həyatınız üçün önəmlidir)
  • Hər hansı bir şikayətiniz, sinədə ağrı, nəfəs darlığı olarsa gec olmadan bunu həkiminizə bildirin.
  • Sağlamlığı kontrolda olan xəstələr, miokard infarktından 15 gün sonra normal cinsi yaşamlarına davam edə bilərlər. Ancaq, bu əsnada sinənizdə ağrınız olarsa bunu həkiminizə deyin. Bu durum ürəkdə əlavə problemə işarə verə bilər.

 

Yazını hazırladı: Dr. Ramil Həsənli  / Yazıları facebook-dan oxumaq üçün səhifəmizə keçid edin : Buraya daxil ol

Dəyərli oxuyucularım, bu yazı başda ürək xəstəlikləri olmaqla qeyri tibbi insanları maarifləndirmək məqsədi ilə hazırlanmışdır, müalicə xarakteri daşımır. Unutmayın həkimin əyani baxışı olmadan özünümüalicə saglamlığınıza ciddi zərər vura bilər. Belə hallara görə sayt rəhbərliyi və yazının müəllifi məsuliyyət daşımır!

Həkiminizin icazəsi olmadan və ya həkim qəbulunda olmadan dərman qəbul etməyin. İldə 1 dəfə mütləq kardioloji check-upa gedin. Və sizi izləyən bir terapevt və ya kardioloqunuz olsun. 

Türkiyənin Kocaeli Universitet xəstəxanasının kardiologiya kafedrasında, ümumi kardiologiya və aritmalogiya şöbəsi, Koronar reanimasiya və kardioloji poliklinika şöbələrində mütəxəssisləşmiş Dr. Ramil Həsənli non invaziv müayinə metodları ilə müayinə və müalicələrinə başlamışdır.
Müalicə etdiyi xəstəliklər
• Hipertoniya – Yüksək təzyiq
• Ürəyin işemik xəstəlikləri / Stenokardiya və İnfarkt
• Ürək çatışmazlığı
• Aritmiya/ritm pozuğluğu
Müayinə üsulları:
• Kardioloji müayinə
• Elektrokardioqramma
• Exokardioqrafiya
Dr. Ramil Həsənli Türk Kardioloji Dərnəyinə və Avropa Kardioloji Cəmiyyətinin 5 dərnəyinin üzvüdür. Bir çox yerli və xarici konfransların iştirakçısıdır.

Bir cavab yazın