Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Məzun həkim-rezidentlərin nəzərinə:

Məzun həkim-rezidentlərin nəzərinə:
Advert
30 Oktyabr 2020 - 12:51
Advert

Yekun attestasiya üzrə test mərhələsi 18-19 noyabr 2020-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcək.

Yekun attestasiya test mərhələsində rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi ixtisaslar üzrə aşağıda göstərilən tarixlərdə Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində keçiriləcəkdir. İmtahan mərkəzi Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

18 NOYABR

Saat 10:00-13:00

 

Anesteziologiya-reanimatologiyaI zal
Ümumi cərrahiyyə
Oftalmologiya
Mamalıq-ginekologiyaII zal
Psixiatriya
Kardiologiya
Plastik cərrahiyyə

 

Saat 13:30-15:30

 

PediatriyaI zal
Şüa-diaqnostikası
Narkologiya
Yoluxucu xəstəliklərII zal
Stomatologiya
Dermatovenerologiya
Onkologiya
Otorinolarinqologiya
Qastroenterologiya
Hematologiya

 

 

 

19 NOYABR

Saat 10:00-13:00

 

Daxili xəstəliklərI zal
Nevrologiya
Nefrologiya
Urologiya
Travmatologiya-ortopediya
Uşaq cərrahiyyəsi
Ftiziatriya
Allerqologiya
Laboratoriya işiII zal
Mikrobiologiya
Patoloji anatomiya
Gigiyena
Ürək-damar cərrahiyyəsi
Revmatologiya
Endokrinologiya
Epidemiologiya
Üz-şənə cərrahiyyəsi
Fizioterapiya və tibbi bərpa

 

Qeyd: Praktik məşğələlər üzrə ixtisas imtahanının tarixləri sonrakı elanda göstəriləcək. Həkim-rezidentlərin şifrələri ilə əlaqədar hər-hansı problem olarsa Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsinə (tel: 012 597 44 83) müraciət edə bilərlər. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020