Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Koreya hökuməti ölkəmizə Səyyar COVID-19 müayinə köşkləri ianə edib

Koreya hökuməti ölkəmizə Səyyar COVID-19 müayinə köşkləri ianə edib
Advert
04 Dekabr 2020 - 18:52
Advert

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID–19 müayinə köşkü ianə edib.

DoktorAZ.Com xəbər verir ki, bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, dekabrın 3-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında humanitar yardımın qəbulu mərasimində agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park iştirak ediblər.

Nigar Bayramova Koreya hökumətinə öz təşəkkürünü bildirərək, deyib: “Bu addım Koreya hökumətinin müxtəlif şəraitlərdə, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində dost ölkələrə dəstəyini nümayiş etdirir. Müayinə köşkləri vasitəsilə tibb işçiləri daha az risk altında olacaqlar”.

Səfir Kim Tonq Op öz növbəsində bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə, müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.

Qeyd edək ki, yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Azərbaycan Tibb UniversitetiÖlkəSağlamlıqTƏBİBXəbər LentiXəstəxanalar
Azərbaycan Tibb Universitetində vaksinasiya prosesinə başlanılıb
ÖlkəSağlamlıqSəhiyyə NazirliyiTƏBİBXəbər LentiXəstəxanalar
Oqtay Şirəliyev: “Sinovac” şirkətinin vaksini kifayət qədər effektlidir
ÖlkəSağlamlıqSəhiyyə NazirliyiTƏBİBXəbər LentiXəstəxanalar
Azərbaycanda vaksinasiya prosesi başlayıb

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020