Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Hamiləliyin müddəti və əlamətləri

Hamiləliyin müddəti və əlamətləri
Advert
29 Oktyabr 2020 - 18:56
Advert

Qadınlarda hamiləlik orta hesabla 9 təqvim (10 mama) ayı, başqa sözlə, 40 həftə (280 gün) davam edir. Hamiləliyin başlanğıcı son menstruasiyanın (aybaşı) ilk günündən hesablanır.

Ancaq bu zaman ovulyasiyanın (mayalanmaya hazır olan yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) günü dəqiq  məlum olmadığı üçün bu üsulu da dəqiq hesab etmək olmaz.

Hamiləliyin başlanğıcı həmçinin dölün tərpənişinin ilk günündən hesablamaqla da müəyyən etmək olar. Belə ki, bu təxminən 1-ci hamiləliyin 20-ci həftəsinə, təkrar hamiləliyin isə 18-ci həftəsinə təsadüf edir.

Hamiləlik qadın yumurta hüceyrəsinin kişi yumurta hüceyrəsi (spermatozoid) ilə uşaqlıq borusunda birləşməsindən – mayalanmadan başlayır. Mayalanmış yumurta hüceyrəsi bölünməyə və uşaqlıq borusu ilə hərəkət etməyə başlayır və 7-8 gün ərzində uşaqlıq boşluğuna çatır. Bölünmə yolu ilə artan və “blastomer” adlanan hüceyrələr kompleksi ifraz etdikləri fermentlərin təsiri ilə uşaqlığın selikli qişasını əridərək oraya implantasiya olurlar (birləşirlər). Əgər mayalanmış yumurta hüceyrəsi uşaqlığa deyil başqa yerə (uşaqlıq borusu, yumurtalıq və ya qarın boşluğuna) implantasiya edirsə, bu zaman patoloji hal sayılan uşaqlıqdankənar hamiləlik baş verir ki, bu da mütləq cərrahi müdaxilə tələb edir.

Hamiləliyin güman edilən və ehtimal olunan əlamətləri ayırd edilir.

Hamiləliyin güman edilən əlamətləri:

– süd vəzilərinin ölçüsünün boyüməsi, hissiyyatlığının artması və yüngülcə ağrıması;

– süd vəziləri üzərində olan damarlar daha nəzərəçarpan ola bilər;

– ümumi zəiflik, başgicəllənmə, halsızlıq;

– uşaqlıq yolundan ifrazatın artması;

– iştahanın dəyişməsi, kəskin qidalara, qeyri-adi maddələrə  (gil, təbaşir və s.) meyllilik;

– səhərlər ürəkbulanma və qusma;

– qoxu hissiyyatının dəyişməsi (müxtəlif ətirlər və tütün tüstüsü kimi kəskin iylərə qarşı ikrah hissinin yaranması);

– əsəbilik, yuxululuq, əhvalın qeyri-stabilliyi;

– sidik ifrazının tezləşməsi.

Hamiləliyin ehtimal olunan əlaməti – menstruasiyaların kəsilməsi. Bu həmçinin stress və ya digər xəstəliklərlə də əlaqədar ola  bilər.

Hamiləlik mama-ginekoloq tərəfindən dölün tərpənməsi və onun ürək döyünməsi əlamətləri müəyyən edildikdən sonra mübahisəsiz olaraq təsdiq olunur. Ancaq bu əlamətlər hamiləliyin kifayət qədər daha gec dövrlərində həkim müayinəsi zamanı müəyyən edilir.

Hormonal testlər hamiləliyi 5-ci həftəsindən etibarən müəyyən etməyə imkan verir. Bu test döl hüceyrəsinin uşaqlığın selikli qişasına birləşməsinə xidmət edən xovlarının ifraz etdiyi qonodotrop hormonun müəyyən edilməsinə əsaslanır. Bu, hormon sidiklə ifraz olunduğu üçün hamiləlik testi məhz sidiyin müayinəsi ilə aparılır. Testlər apteklərdə satılır və ancaq təlimatda göstərilənlərə 100% əməl edildikdə dəqiq nəticə verir.

Tibbi müəssisələrdə aparılan qanın xüsusi müayinəsi ilə 1-2 həftəlik hamiləliyi müəyyən etmək olar.

Saglamolun.Az


OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Advert
MaraqlıÖlkəSağlamlıqXəbər LentiXəstəxanalar
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Diş xəstəlikləriKardiologiyaÖlkəSağlam QidaSağlamlıqXəbər Lenti
Limonlu suyun faydaları nədir, nə üçün istifadə olunur? Limon su arıqlamağa kömək edirmi?
Kişi SağlamlığıMaraqlıQadın SağlamlığıSağlamlıqXəbər Lenti
6 saatdan az yatmaq Alzheimer, xərçəng və sonsuzluğa səbəb olur
MaraqlıSağlam QidaSağlamlıqXəbər Lenti
Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021