Həkimləri Təkmilləşdirmə İnstitutunda koronavirusla əlaqədar üç yeni təlimat hazırlanıb

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar həkimlər üçün təlimatlar hazırlanıb.

DoktorAZ.Com bildirir ki, İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, xəstəliyə həsr olunmuş əvvəllər hazırlanmış videomühazirələrə və “COVID-19 diaqnostikası”, “COVID-19 müalicəsinin prinsipləri”, “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı intensiv terapiya”, “Koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər” təlimatlarına institutun müvafiq kafedralarının əməkdaşları tərəfindən hazırlanmış “Yeni koronavirus (COVID-19) infeksiyası zamanı otorinolorinqoloji yardımın xüsusiyyətləri”, “Oftalmologiyada yeni koronovirus infeksiyası (COVID-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik”, ”Stomatologiyada və üz-çənə cərrahiyyəsində yeni koronovirus infeksiyası (COVID-19) pandemiyası şəraitində təcili yardımın xüsusiyyətləri və biotəhlükəsizlik” mövzularında daha üç yeni təlimat əlavə olunub.

Həmin təlimatlar həkimlərin və orta tibb işçilərinin gündəlik fəaliyyətində faydalı rol oynayacaq. Belə ki, yeni hazırlanan təlimatlarda pandemiya şəklində yayılan COVID-19 koronavirusu haqqında indiyə qədər məlum olan bütün məlumatlar öz əksini tapıb.

Bir cavab yazın