Çox isti havada ürəyi qorumaq üçün 10 məsləhət

Normadan artıq isti havalar, ürək xəstəsi olan insanların şikayətlərini artıra bildiyi kimi, sağlam insanları da hər an ürək problemləriylə qarşı qarşıya qoya bilir. İsti havada, ürəyin düzənsiz atması, boğulma hissi, nəfəs darlığı kimi əlamətlərin olması, miokard infarktı riski də ola bilər. Bu səbəbdən iş və sosyal yaşamın mövsumə görə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir.
 
Miokard infartkı riskinə diqqət edin!
Edilən çalışmalar çox isti havaların ürək xəstəliklərində ölüm riskini artırdığını ortaya qoyub. İsti havalar vücudumuzda suyun itirilməsinə, təzyiqin dəyişməsinə, ürək döyüntülərinin artmasına, qanın qatılaşmasına və xolesterolun yüksəlməsinə səbəb olmaqdadır. Bu səbəbdən həm xronik xəstəlikləri olan insanlar, həm də sağlam insanların tədbirli olması məsləhət görülür. İsti havalarda ürək şikayətləri yaşayan insanların, control müayinələrini tətildən sonraya buraxmaq yerinə öncəsində edilməsi önəmlidir.
 
 
Çox isti havada ürəyi qorumaq üçün 10 məsləhət
1. Əsasən günəşin daha çox etkili olduğu saatlarda 11 – 16 arasında mümkün olduğunca çöldə olmayın
2. Geyim və ayaqqabı seçimini mövsümə uyğun olmalıdır. Açıq rəng, hava keçirən geyimlər məsləhətdir.
3. Gün içində susamadığınız zamanda da su içilməlidir. Əsasən 50 yaşı keçmiş insanların susuzluk əlamətləri daha gec hiss edilməkdədir. Onun üçün tez tez su içilməlidir.
4. İsti havalarda vücudumuz özünü soyuta bilməsi üçün əlavə güc sərf edir İdmanlarınızı isti havada, günəş altında ya bağlı yerlərdə deyil də, sərin saatlarda və açıq havada edilməsi məsləhətdir.
5. Kondisioner istifadəsinə diqqət edilməlidir. Əsasən istilərin çox olduğu zamanlarda evə girər girməz kondisioneri açıb qarşısında oturmaq olmaz. Kondisionerin temperaturu 22-23 dərəc olması kifayətdir.
6. Əgər ki, ürək, təzyiq, sidik qovucu kimi dərmanlar içirsinizsə vücudunuzun isti ilə bacarması daha da çətinləşir. Suyun itirilməsi daha da artıq ola bilər. Ürək ritmi yetərincə olmaya bilər, təzyiq düşə bilər. Bu dərmanlar da mövsümə görə tənzimlənməlidir.
7. Spirtli içki, siqaret və kofeinli içkilərdən uzaq durmaq lazımdır. Spirtli içkilər istinin təsirliyini hiss etməyinizi əngəlləyə bilir və suyun itirilməsini artırır. Kofeinin isə sidik qovucu təsiri suyun itirilməsinə səbəb olur.
8. Baş ağrısı, çox tərləmə, soyuq tərləmə, çox yorulmaq, çarpıntı, baş dönməsi, bulantı, qusma kimi əlamətlərlə qarşılaşsanız ən yaxın xəstəxanaya müraciət edin.
9. İsti havalarda ağır və çox isti olmayan yeməklər yerinə, yüngül və rahat yeməklər yeyilməsi məsləhətdir.

10. Gün içərisində qısa zamanlı duş ala bilərsiniz. Çox istidə qaldığınızda birdən soyuq su ilə duş almamağınız lazımdır. Dəniz və hovuza girərkən vücudunuzu alışdıraraq girilməsi məsləhət görülür.

 

Yazını hazırladı: Dr. Ramil Həsənli / Yabancı Hekimler ve Tıp Öğrencileri Derneği Yönetim Kurulu Başkanı

Türkiyənin Kocaeli Universitet xəstəxanasının kardiologiya kafedrasında, ümumi kardiologiya və aritmalogiya şöbəsi, Koronar reanimasiya və kardioloji poliklinika şöbələrində mütəxəssisləşmiş Dr. Ramil Həsənli 
Dr. Ramil Həsənli Türk Kardioloji Dərnəyinə və Avropa Kardioloji Cəmiyyətinin 5 dərnəyinin üzvüdür. Bir çox yerli və xarici konfransların iştirakçısıdır.
 

Bir cavab yazın