Corona virus olaraq bilinən Covid-19 kimlərdə daha çox təhlükəli nəticələrə yol aça bilər? DİQQƏTLİ OLUN

Çinin Wuhan şəhərindən yayılan və bütün dünyanı öz təsiri altına alan Corona virus olaraq bilinən Covid-19 infeksiyası ürək və damar xəstələrində digər insanlara görə daha çox təhlükəli nəticələrə yol aça bilir.

16 Mart 2020 tarixinə qədər aparılan MEDLİNE ve PubMed araşdırmasında əldə edilən məlumatlara əsasən COVİD-19 infeksiyasının kardiovaskulyar sistem (KVS) üzərində başlıca 4 təsiri mövcuddur:

  1. Paralel olaraq kardiovaskulyar xəstəliyi (KHV) olan və COVİD-19 infeksiyasına tutulan xəstələrdə ağır komplikasiya və ölüm riskinin artmağı müşahidə olunur.
  2. İnfeksiya miokardit, miokard zədələnməsi, aritmiya və venoz trombemboliya kimi bir çox kardiovaskulyar komplikasiya ilə əlaqəlidir
  3. COVİD-19-un diaqnoz və müalicə müddətində istifadə olan dərmanlar müxtəlif KV əks təsirlərə malikdir
  4. KV baxım xidməti verən tibb işciləri virusun yayılmasında ev sahibliyi və ya daşıyıcı olaraq rol oynayırlar.

15 mart 2020 saat 11:53-ə olan statistika dünyada cəmi 174.961 Covid-19 xəstəsi və 6705 ölüm olduğunu bildirirdi. Ölüm sürəti buna əsasən 3.8% təşkil edir.

1527 xəstənin daxil edildiyi bir araşdırmanın qısa nəticəsi olaraq COVİD-19 xəstələrində eyni zamanda yüksək təzyiq, kardiovaskulyar xəstəlik və şəkərli diabetin rast gəlinmə tezliyi sıra ilə 17.1 %, 16.4% və 9.7% olaraq bildirilmişdir. Reanimasiya tədbirlərinə ehtiyacı olanların kardiovaskulyar xəstəlik sıxlığı olmayanlara nisbətən daha çoxdur.

Kişilərdə ölüm nisbəti qadınlara görə daha yüksək olmuşdur (2252 kişi, 948 qadın ; kişi/qadın əmsalı 2.35).

Vəfat edən 3200 xəstənin sadəcə 481-nin COVİD-19 ilə yanaşı digər xəstəliklərinin də olduğuna dair məlumatlar var. Bunların altısında bir yanaşı xəstəlik, 113-ündə iki yanaşı xəstəlik, 128-ində üç yanaşı xəstəlik, 234-də isə dörd və daha çox xəstəlik əlaməti olduğu müəyyən edilmişdir. Yanaşı gedən xəstəliklərin rast gəlmə tezliyi sırasına görə aşağıdakı cədvəldəki kimidir

yüksək təzyiq 355
şəkərli diabet 163
ürəyin işemik xəstəliyi 145
atrial fibrilasiya 106
xroniki böyrək çatışmazlığı 97
xərçəng 94
xronik ağciyər xəstəliyi 66
demensiya 57
insult 54
xroniki qaraciyər xəstəliyi 18

 

Göründüyü kimi COVID-19 nəticəsində dünyasını dəyişən xəstələrin böyük qismində paralel kardiovaskulyar sistem xəstəlikləri mövcud olub. Başqa sözlə xroniki kardiovaskulyar sistem xəstəliyi olan yaşlı insanlar virusa yoluxduğu təqdirdə xəstəliyin ölümcül gedişatı riski yüksək olur. Bu səbəblə kardiovaskulyar xəstəlikləri olan yaşlı xəstələrin sosial izolyasiyasını təşkil etmək və təxirə salinmaz sağlıq problemi olmadığı təqdirdə xəstəxanaya getməməkləri tövsiyə olunur. Həkim tərəfindən əvvəlcədən təyin olunmuş dərmanların mütəmadi olaraq qəbulu vacibdir.

26.03.2020 tarixinə kimi dərc olunan məqalələrdə qeyd olunan kardiovaskulyar risk faktorlarını və ya parelel kardiovaskulyar simptomların sıxlığı, parelel kardiovaskulyar risk faktorları, bilinən kardiovaskulyar xəstəliklər arasında əlaqə, Covid-19 pozitiv olub ölən xəstələrdə ən çox rast gəlinən xəstəliklər və simptomlar sırasını aşağıdakı cədvəldə qeyd olunub.

 

Covid-19 pozitiv olub ölən xəstələrdə paralel rast gəlinən xəstəliklər

 

 

Xəstəlik n %
Ürəyin işemik xəstəliyi 145 30.1
Atrial fibrilasiya 106 22.0
İnsult 54 11.2
Yüksək təzyiq 355 73.8
Şəkərli diabet 163 33.9
Demansiya 57 11.9
Xronik ağciyər xəstliyi 66 13.7
Xərçəng (son 5 ildə) 94 19.5
Xronik qaraciyər xəstəiyi 18 3.7
Xroniki böyrək çatışmazlığı 97 20.2

 

 

COVİD 19 pozitiv olub ölən xəstələrdə ən çox rast gəlinən simptomlar

 

 

Qızdırma 76%
Öskürək 40%
Nəfəs çatışmazlığı 73%
İshal 8%

 

Yazını hazırladı: Dr. Ramil Həsənli

  • Yabancı Hekimler ve Tıp Öğrencileri Derneği Yönetim Kurulu Başkanı
  • Türkiyənin Kocaeli Universitet xəstəxanasının kardiologiya kafedrasında, ümumi kardiologiya və aritmalogiya şöbəsi, Koronar reanimasiya və kardioloji poliklinika şöbələrində mütəxəssisləşmişdir.

Mənbə:

1. Wu Z, McGoogan JM. Characteristics of and Important Lessons From the Coronavirus Disease 2019 (COVID-19) Outbreak in China: Summary of a Report of 72 314 Cases From the Chinese Center for Disease Control and Prevention. JAMA. 2020 Feb 24. [Epub ahead of print], doi: 10.1001/jama.2020.2648.

  1. Driggin E, Madhavan MV, Bikdeli B, Chuich T, Laracy J, Bondi-Zoccai G, et al. Cardiovascular Considerations for Patients, Health Care Workers, and Health Systems During the Coronavirus Disease 2019 (COVID-19) Pandemic. Journal of the American College of Cardiology (2020). Available at: https://doi.org/10.1016/j.jacc.2020.03.031. Accessed Mar 23, 2020.
  2. Dong E, Du H, Gardner L. An interactive web-based dashboard to track COVID-19 in real time. Lancet Infect Dis 2020:S1473- 3099(20)30120-1. [Epub ahead of print], doi: 10.1016/S1473-3099(20)30120-1.
  3. Li B, Yang J, Zhao F, Zhi L, Wang X, Liu L, Bi Z, Zhao Y. Prevalence and impact of cardiovascular metabolic diseases on COVID-19 in China. Clin Res Cardiol 2020 Mar 11. [Epub ahead of print], doi: 10.1007/s00392-020-01626-9.
  4. Palmieri L, Andrianou X, Bella A, Bellino S, Boros S, Canevelli M, et al. Characteristics of COVID-19 patients dying in Italy Report based on available data on March 20th, 2020. COVID-19 Surveillance Group. Available at: https://www.epicentro.iss.it/coronavirus/ bollettino/Report-COVID-2019_20_marzo_eng.pdf. Accessed Mar 23, 2020.

Bir cavab yazın