Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Beynəlxalq əməkdaşlıq COVID-19-a qarşı vaksinə ümumi çıxışı təmin etməyə kömək göstərəcək

Hörmətli oxuyucular! Portalımızın davamlılığına faydalı olmanız üçün saytımızda yer alan reklamlara klikləməniz (reklama daxil olmanız) yetərli olacaqdır. Nə qədər çox fərqli reklama klikləsəniz o qədər çox dəstək olmuş olarsınız. Öncədən verdiyiniz dəstək üçün hər birinizə təşəkkür edirik.

Beynəlxalq əməkdaşlıq COVID-19-a qarşı vaksinə ümumi çıxışı təmin etməyə kömək göstərəcək
26 Avqust 2020 - 18:32

Planetin əhalisinin 70 faizinin yaşadığı 172 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaradılmış alyansda – COVID-19-a qarşı vaksinlərin hazırlanması və istehsalı üzrə COVAX beynəlxalq əməkdaşlıq proqramında iştirak edir. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, onlardan 80 ölkə potensial ödəmə qabiliyyətinə malikdir, 92-nin isə maliyyə və texniki dəstəyə ehtiyacı var.

Hazırda beynəlxalq alyansa daxil olan şirkət və ölkələrdə hazırlanmış doqquz eksperimental vaksin ümidvericidir. Ehtimal var ki, yaxın zamanda bu siyahıya daha doqquz vaksin daxil olacaq. ÜST çalışır ki, sınaqdan keçmiş vaksinlər hazır olduqdan sonra planetin bütün sakinlərinə əlçatan olsun.

Ödəmə qabiliyyətinə malik ölkələrin avqust ayının sonlarına qədər beynəlxalq əməkdaşlıq proqramında iştiraklarını təsdiq etmələri, sentyabrın 18-dək maliyyə yardımının göstərilməsi öhdəliyini götürmələri, oktyabrın 9-dək isə ilk ödəniş etmələri gözlənilir.

İsveçin Baş Naziri Stefan Leften əmindir ki, COVID-19-a qarşı vaksinə bərabər çıxış virus və pandemiyanın nəticələri ilə uğurlu mübarizənin əsas şərtidir: “Bu, qələbə yalnız bir dəstə iştirakçıya qismət olan bir yarış olmamalıdır”. Onun sözlərinə görə, bütün ölkələr alimlərin dünyanın müxtəlif yerlərində apardıqları tədqiqatların bəhrələrindən istifadə etmək imkanına malik olmalıdır.

Hindistanın İmmunologiya İnstitutu, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans, eləcə də Bill və Melinda Qeyts Fondu elan ediblər ki, “AstraZeneca” və ya “Novavax” şirkətləri tərəfindən hazırlanan vaksin hazır olan kimi, həmin preparatın yüz milyon dozasını (bir dozasının dəyəri üç dollar olmaqla) aşağı və orta gəlir səviyyəli ölkələrə göndərəcəklər. Digər beynəlxalq saziş üç yüz milyon dozanın əlverişli qiymətlərlə operativ çatdırılmasına təminat verir.

Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın sədri Set Berkli bildirib ki, yüksək gəlir səviyyəsi olan ölkələr layihədən ikiqat faydalanacaq: onlar vaksinlərin ən geniş seçiminə çıxışa və konsorsium iştirakçısı kimi preparatları sərfəli qiymətlərlə almaq imkanına malik olacaq. Bu, öz növbəsində, vaksinlərin dünyanın bütün qalan ölkələri üçün əlçatan olmasına kömək edəcək.

COVAX beynəlxalq əməkdaşlıq proqramının uzunmüddətli məqsədi – gələn ilin sonlarına qədər sınaqdan keçirilmiş vaksinin iki milyard dozasının istehsalı və çatdırılmasını təmin etməkdir. İlk növbədə preparatı tibb işçiləri və xəstəliyə qarşı əhalinin ən həssas qruplarının nümayəndələri əldə edəcək.

Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020

hack forumwarezwebmaster forumuhack haberhack forumhack forum