Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Baş infeksionist: Özünümüalicə koronaviruslu xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər

Baş infeksionist: Özünümüalicə koronaviruslu xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər
Advert
27 Noyabr 2020 - 12:19
Advert

Yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya müşahidə olunur. Həkim və mütəxəssislərin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, bəzi xəstələr virusu ciddi qəbul etməyərək onun qarşısını özünümüalicə ilə almaqda davam edirlər.

DoktorAZ.Com AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun narahatlığı da elə bununla əlaqədardır: “Təəssüf ki, infeksiyaya yoluxanlar yalnız vəziyyətləri ağırlaşmağa başlayanda və nəfəs darlığı yarananda həkimə müraciət edirlər. Çox vaxt onlar bunu əsas götürürlər ki, ətraflarında olanlar evdə qalmaqla, sosial şəbəkələrdə paylaşılan hansısa reseptdən istifadə etməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin onlar nəzərə almırlar ki, virusa yoluxan zaman risk qrupuna daxil olmaq olar və bundan sonra ağırlaşdırıcı halların baş verməsi mümkündür. Hər bir orqanizm fərdi xüsusiyyətlərə malikdir. Yaşından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə görə xəstəliyi ağır keçirə bilənlər var. Özünümüalicə nəticəsində vəziyyəti ağırlaşanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri səmərəli olmaya da bilər”.

Baş infeksionist narahatlığını belə yekinlaşdırıb: “Ona görə də əhalidən xahiş edirik ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Ev şəraitində müalicə alsalar belə, bunu mütləq həkim nəzarəti altında etsinlər”.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Azərbaycan Tibb UniversitetiÖlkəSağlamlıqTƏBİBXəbər LentiXəstəxanalar
Azərbaycan Tibb Universitetində vaksinasiya prosesinə başlanılıb
ÖlkəSağlamlıqSəhiyyə NazirliyiTƏBİBXəbər LentiXəstəxanalar
Oqtay Şirəliyev: “Sinovac” şirkətinin vaksini kifayət qədər effektlidir
ÖlkəSağlamlıqSəhiyyə NazirliyiTƏBİBXəbər LentiXəstəxanalar
Azərbaycanda vaksinasiya prosesi başlayıb

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020