Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkiminə cinayət işi başlandı

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkiminə cinayət işi başlandı
Advert
08 İyun 2021 - 18:04
Advert

Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyev barədə cinayət işi başlanıb.

DoktorAZ.Com bildirir ki, Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən məlumatla əlaqədar Bərdə rayon prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.


OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert
Advert
MaraqlıÖlkəSağlamlıqXəbər LentiXəstəxanalar
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Diş xəstəlikləriKardiologiyaÖlkəSağlam QidaSağlamlıqXəbər Lenti
Limonlu suyun faydaları nədir, nə üçün istifadə olunur? Limon su arıqlamağa kömək edirmi?
Kişi SağlamlığıMaraqlıQadın SağlamlığıSağlamlıqXəbər Lenti
6 saatdan az yatmaq Alzheimer, xərçəng və sonsuzluğa səbəb olur
MaraqlıSağlam QidaSağlamlıqXəbər Lenti
Soyuqdəymə zamanı tez sağalmaq üçün bunları için

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021