Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Azərbaycanda vaksinasiya prosesi başlayıb

Azərbaycanda vaksinasiya prosesi başlayıb
Advert
18 Yanvar 2021 - 13:37
Advert

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

DoktorAZ.Com AZƏRTAC-a istinadən  xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə nazirinin müavinləri Viktor Qasımov, Elsevər Ağayev, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva peyvənd olunublar.


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2021