Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var

Hörmətli oxuyucular! Portalımızın davamlılığına faydalı olmanız üçün saytımızda yer alan reklamlara klikləməniz (reklama daxil olmanız) yetərli olacaqdır. Nə qədər çox fərqli reklama klikləsəniz o qədər çox dəstək olmuş olarsınız. Öncədən verdiyiniz dəstək üçün hər birinizə təşəkkür edirik.

Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var
01 Sentyabr 2020 - 13:11

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 31 min 829 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 7 min 801 terapevt, 3 min 556 pediatr, 3 min 368 cərrah, 3 min 131 stomatoloq, 1786 ginekoloq, habelə digər ixtisasdan olan həkim çalışır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə 13,5 pediatr, 7,8 terapevt, 3,4 cərrah, 3,1 stomatoloq, 1,5 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,6 ginekoloq düşür.

İlin əvvəlində respublikamızda 55 min 650 orta tibb işçisi, o cümlədən 38 min 292 tibb bacısı, 4 min 144 akuşer, 3 min 553 feldşer-laborant, 2 min 918 feldşer, 628 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 55,9 orta tibb işçisi, o cümlədən 38,5 tibb bacısı, 3,6 feldşer-laborant, 2,9 feldşer, 0,6 rentgen üzrə laborant, hər 10 min qadına 8,3 akuşer və digər orta tibb kadrı düşür.

Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020

hack forumwarezwebmaster forumuhack haberhack forumhack forum