Arterial hipertenziya (Yüksək təzyiq) nədir, sinifləndirilməsi necədir və 10 addımda necə qorunmalısınız?

Bu mövzumda sizlərə arterial hipertoniyadan danişacağam. Mövzunu hazırlamaqda məqsədim toplumsal məlumatlandırma. Çünki, Arterial hipertenziya günümüzün aktual xəstəliklərindən biri olmaqla yanaşı ürək damar sisteminin geniş yayılmış xəstəliklərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunur ki, inkişaf etmiş ölkələrdə hipertoniya xəstəliyi ölüm səbəbləri sırasında 8-ci yeri tutur.

Bu yazılarım köhnə ədəbiyyatlara deyil də, Avropa Hipertansiyon dərnəyi (ESH)Avropa Kardiologiya Dərnəyinin (ESC) son protokollarına əsasən hazırlamışam.

İlk öncə hipertoniya nədir?

Hipertoniya sistolik təzyiqin ( xalq arasında yuxarı təzyiqin), başqa adla ürəyin qanı damarlara pompalayarkən yaratdığı təzyiqin və diastolik təzyiqin ( xalq arasında aşağı təzyiqin) başqa adla ürəyin qanı pompalamağa ara verdiyi zaman olan təzyiqin normal sərhədlərdən yuxarı olmasıdır. Normal sərhədlər və hipertoniya xəstəliklərinin sinifləndirilməsi aşağıdakı kimidir.

Optimal – Sistolik <120, Diastolik <80

Normal – Sistolik 120-129, Distolik 80-84

Yüksək normal – Sistolik 130-139, Diastolik 85-89

1-ci dərəcəli hipertoniya – Sistolik 140-159, Diastolik 90-99

2-ci dərəcəli hipertoniya – Sistolik 160-179, Diastolik 100-109

3-cü dərəcəli hipertoniya – Sistolik 180 , Diastolik 110

Sinifləndirilmədən də görüldüyü kimi xəstənin yanaşı olaraq hər hansı başqa bir xəstəliyi yoxdursa 140/90-a kimi olan təzyiq normal sayılır. Əgər ki, yanaşı olaraq başqa bir xəstəliyi və ürək-damar xəstəliyi də varsa 140/90 həmin xəstə üçün əhəmiyyət kəsb etməyənəhəmiyyət kəsb etməyən – orta riskli olur. Yox, əgər bu xəstəliklərlə yanaşı xəstəmizin xroniki böyrək xəstəliyi varsa ortaorta-yüksək riskli olur. Onunçün hipertansiyon xəstəsini müalicə etməmişdən qabaq mütləq xəstənin yanaşı gedən hər hansı bir xəstəliyinin olub olmamasını soruşmaq lazımdır. Xəstə bəzən bunu bilməyə bilər, ona görə lazımı müayinələrin aparılması şərtdir.

Təzyiqin ölçülməsi : Təzyiqi ölçməmişdən 5 dəqiqə əvvəl dinçəlmiş, rahat olmalısınız, yarımsaat əvvəlindən kofeinli içkilər, siqaret çəkmiş olmamalısınız və ən azı 3 dəfə hər iki qoldan ölçülməlidir. Çünki bunlar təzyiq ölçərkən yalnış nəticə vermiş olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, daha dəqiq nəticə əldə etmək üçün civəli təzyiq alətlərindən istifadə edəsiniz.

Hipertoniyanın risk faktorları aşağıdakılardır.

Kişi cinsi

Yaş – kişilərdə  55, qadınlarda  65

Siqaret

Toplam xolestrol 190 mg/dL və ya

LDL xolestrol 115 mg/dL və ya

HDL xolestrol kişilərdə <40 mg/dL, qadınlarda <46 mg/dL

Köklük

Qarın köklüyü – kişilərdə 102 sm, qadınlarda  88 sm

Ailədə ürək damar xəstəliyi olanlar

Diaqnozun qoyulması

Arterial hipertoniya xəstəliyinin diaqnozunun qoyulması üçün mütləqdir ki, təzyiq ölçülməlidir.

Ailə anemnezi və klinik anamnez toplanmalıdır.

Fiziki müayinə və labarator müayinələr aparılmalıdır.

Labarator müayinə olaraq

Qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, xolestrol və şəkər analizi, EKG və Exo-KG, yanaşı olaraq böyrəklərin USM olunması lazımdır.

Hipertoniya müalicə olunan xəstəlikdir, amma, müalicəsi ömür boyu aparılmalıdır. Çünki, maülicədə istifadə olunan dərmanlar təzyiqi normal sərhədlərdə saxlayır. Dərmanlar qəbul olunmazsa təzyiq təkrar qalxaraq və bir çox fəsadlara yol aça bilər. Onu da qeyd etmək istəyirəm ki, təzyiqin qalxması hər hansı böyrək xəstəliyindən və hormonal pozğunluqlardan da ola bilər. Bunun üçün mütləqdir ki, tam şəkildə müayinələr aparılsın.

Çox verilən suallara əsaslanaraq onu da deyim xəstələr bilməlidir ki, yaxınlarında və ya qonşularında olan hipertoniya xəstələrinin dərmanlarından istifadə etmək qəti surətdə olmaz. Çünki, yaş artıqca damarda yaranan elastiklyə və yanaşı xəstəliklərə görə hər xəstəyə fərdi müalicə hazırlanır. Onun üçün mütləq həkim müayinəsində olmalı və yazılan dərmanlardan başqa hər hansı dərmalar qəbul olunmamalıdır.

Yüksək təzyiqin fəsadlarına gəldikdə isə onu qeyd edim ki, bir çox orqanlara zərər verir. Bunlardan beyin qanaması, iflic, görmənin itirilməsinə, ürək çatışmazlığına, miokard infarktına, damarların daralmasına səbəb olur. Odur ki, bütün hipertoniya xəstələri mütləq müalicələrini ömür boyu almalıdırlar ki, bu xəstəliklərdən qorunsunlar.

10 addımda yüksək təzyiqdən özünüzü qoruyun

  1. Duz istifadəsinin azaldılması. Yüksək təzyiqdən müalicə alan xəstələrin böyük qismində yeməklərində duzu azaltmaqla yüksəlmiş təzyiqlərində ciddi şəkildə normal səviyyəyə düşmə olmuşdur.
  2. Siqaretə yox demək. Siqaret çəkənlər siqaret istifadəsini yox səviyyəsinə düşürtməlidirlər. Çünki, ürək damar xəstəlikləri risini azaltmış olacaqlar.
  3. Sağlam qidalanmaq lazımdır. Meyvə və az yağlı, zəif xolestrolu olan yeməklər yüksəlmiş qan təzyiqini düşürür.
  4. Düzənli idman hərəkətləri. Düzənli idman hərəki edən xəstələrin sistolik(yüksək) təzyiqlərində normal səviyyəyə düşmə olmuşdur.
  5. Stress. Stress qan təzyiqinin yüksəlməsinə səbəb olur. Odur ki, stressi azaltmaq, musiqi dinləmək, gəzmək qan təzyiqinizi normala gətirə bilər.
  6. Normal müalicə. Müalicə yalnız həkiminizin yazdığı resept üzərinə aparılmalıdır. Tanışın, qohumn təzyiq dərmanlarından deyil. Doğru və dozasında qəbul edilməlidir.
  7. Spirtli içkilərdən imtina. Spirtli içkilər təzyiqi qaldırdığı kimi, qəbul olunan dərmanların effektini də azaldır. Beləliklə iflic olma riski artır.
  8. İsti havalardan qorunmaq. İsti havalar, eləcə də çox nəmli olduğu zamanlar yüksək təzyiq xəstələrinə ciddi təsir edir.
  9. Düzənli həkim müayinəsi və chek-up proqramları. Sağlam və xəstə insanların düzənli şəkildə həkim müayinəsinə getməsi və chek-up programlarından yararlanmaları sağlam yaşama sanslarını artırır.
  10. Hərəkətli yaşamaq. Bədən çəkimizi normalda saxlayaraq və düzənli hərəkət etməklə təzyiqimizi normal sərhədlərdə saxlaya bilərik.

Yazının tam və ya qismi hissəsinin müəllifdən icazəsiz paylasılması qadağandır.

Mövzunu hazırladı: Dr. Ramil Hasanlı  / Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi , Kardiyoloji Anabilim Dalı 

Fikir mübadiləniz və suallarınız üçün

Facebook adresi : www.facebook.com/HasanliRamil

E-mail adresi : hasanli.ramil@gmail.com

Bir cavab yazın