Tibbi Təhsil və İnformasiya Portalı

Advert

AR Səhiyyə Nazirliyinin nəzdində yaradılmış işçi qrupu sahə tibb məntəqələrində üçüncü monitorinqini həyata keçirib

AR Səhiyyə Nazirliyinin nəzdində yaradılmış işçi qrupu sahə tibb məntəqələrində üçüncü monitorinqini həyata keçirib
Advert
23 Oktyabr 2020 - 9:25
Advert

AR Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin üçüncü monitorinqi həyata keçirilib. İşçi qrupunun üzvü Nailə Daşdəmirova müsahibə verərək, bildirib ki, hal-hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı dayanmadan artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejiminə keçirilib. Onun verdiyi məlumata görə, məntəqələr həftənin 6 günü (bazar günü istisna olmaqla) səhər saat 08:00-dan axşam saat 20:00-dək fəaliyyət göstərməkdədir. Nailə xanım onu da qeyd edib ki, iş yükünün artması sabəbindən məntəqələrə əlavə tibb işci heyəti də cəlb olunub.

 

Müsahibəsini davam etdirən Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova sahə məntəqələrinin tibbi heyətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunması haqqında da danışıb. Onun sözlərinə görə, sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlərin görülməsini qeyd edən Nailə Daşdəmirova fikrini tamamlayıb.

 

Bundan sonra müsahibə verən Nailə Daşdəmirova bildirib ki, cari ilin oktyabr ayının 11-də başlayan 3-cü monitorinq 21 oktyabr tarixində yekunlaşdırılıb. Onun yekunu olaraq, işçi qrupu tərəfindən sahə məntəqələrinin rəhbərliklərinə məntəqələrdə işin yüksək səviyyədə təşkili və göstərilən tibb xidməti keyfiyyətinin artırılması üzrə tövsiyələr verilib. Bundan əlavə, monitorinqin keçirilməsi zamanı müəyyən olunan çatışmazlıqların aradan qaldırılması üçün peşəkar məsləhətlərlə bölüşülüb.

 

Nailə Daşdəmirova sahə tibb məntəqələrində keçirilmiş monitorinqin əsas məqsədinin daxili iş prosesinin müşahidəsi və yoxlanılması olduğunu xüsusi qeyd edib. “İşçi qrupumuzun nümayəndələri tərəfindən hər bir məntəqədə termometriyanın təşkili, sanitayzerlərin mövcudluğu, tibbi maskadan düzgün istifadə olunub-olunmaması kimi meyarların monitorinqinə xüsusi diqqət yetirilib.” – deyə, işçi qrupunun üzvü bildirib. Bundan başqa, COVID-19 xəstələrinə göstərilən tibb xidmətinin keyfiyyətinin yoxlanılması işçi qrupunun üzvü tərəfindən monitorinqin digər bir predmeti kimi qeyd olunub. Bura daxil olan məqamlar bunlar olub: 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin dəyərləndirilməsi, sahə həkimlərinə yönəldilməsi, sahə həkimləri tərəfindən xəstələrin şikayətlərinə uyğun olaraq testlərin müəyyən edilməsi, testin ev şəraitində götürülməsi və qısa bir müddətdə cavablandırılması, Səhiyyə Nazirliyi tərəfindən verilən dərman preparatlarının xəstəyə çatdırılması, 14 gün ərzində xəstəyə nəzarət məqsədilə gündə iki dəfə əlaqə saxlamaq və vəziyyəti haqda qeydlərin tibbi kartlara daxil edilməsi.

 

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova müsahibəsinin sonunda sahə tibb mənqələrinin işində tədbiq olunmuş yeniliklər haqqında da məlumat verib. Belə ki, 814 Çağrı Mərkəzi və polikliniklara daxil olan müraciətlərin əsasında müraciət edən şəxslərin xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda dərhal onların son zaman təmasda olduqları ailə üzvlərinin müəyyən olunması həyata keçirilir. Bundan sonra koronavirusa yoluxmuş şəxslərin yaxınlarından ev şəraitində testlər götürülür və onlar müvafiq qaydada izolyasiya edilir.

Mənbə: Səhiyyə Nazirliyi


Advert
OXUYUCULAR BURANI GÖRƏR

Şərh yazmaq üçün daxil olmalısınız.

Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020