Aparat rəhbəri: “Müasir tələblərə cavab verməyən həkimlər bu sahədən kənarlaşdırılır”

“Bütün sahələrdə müasir dövrün tələblərinə cavab verməyən mütəxəssislər işdən kənarlaşdırılır. Bu həm də tibb sahəsində çalışan şəxslərə aiddir”.

DoktorAZ.Com “Report”-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov “Real Tv”yə müsahibəsində deyib.

O qeyd edib ki, bu gün bütün dünyada tibb və texnologiya durmadan inkişaf edir: “Kim bununla ayaqlaşa bilmirsə, istər-istəməz kənarda qalır”.

Bir cavab yazın