Tibbi Təhsil və İnformasiya Portalı

Advert

Addım-addım vəsvəsələrdən (takıntılardan) qurtulmaq

Addım-addım vəsvəsələrdən (takıntılardan) qurtulmaq
Advert
14 Noyabr 2020 - 17:32
Advert

Qorxularımız, mənfi düşüncələrimiz və vəsvəsələrimiz (takıntılarımız) düşüncəmizdə qalmaqla bizi bədbəxtliyə apara bilər. Yaşadığımız anın dadını çıxarmaqda problemlərimiz ola bilər və gələcəyimiz üçün narahat ola bilərik. Bu vəziyyətlə mübarizə aparmaq üçün edə biləcəyimiz bəzi addımlar və məşqlər var.

DoktorAZ.Com-un bu haqqda araşdırmasını sizlərə təqdim edirik.

1. Vəsvəsələri bir kağıza yazmaq

Takıntılarınızı yazmaq probleminizi başa düşməyinizi və həll yolunu tapmanızı asanlaşdırır. Problemin nə olduğunu başa düşsəniz, daha asan bir həll yolu tapacaqsınız.

2. Hər şeyə müsbət tərəfdən baxmaq

Yaşadığımız hər hadisəyə müsbət baxış tapmaq çətin ola bilər. Ancaq bunu etdikdə vəsvəsələrimizdən qurtulmağa başlaya bilərik. Pis düşüncələr zamanla asılılıq yaradır və sizi alıb götürər, daim narahat olmanıza səbəb olur. Şüurumuzu müsbət düşüncələrlə doldursaq, mənfi düşüncələrə yer qalmayacaq.

3. Obsessiyaların müvəqqəti olduğuna diqqət yetirin

Bilin ki, heç bir vəsvəsə daimi qalmayacaq. Beləliklə rahatlaya və işinizə diqqət yetirə bilərsiniz. Obsesif düşüncənizin müvəqqəti olduğuna inanmaq da narahatlığınızı azaldacaq və işlərə daha müsbət yanaşmanıza kömək edəcəkdir.

4. Müsbət insanlarla dostluq edin

Mənfi düşüncələr yoluxucudur. Bu səbəbdən ətrafınızda pozitif düşünən insanların olması sizin üçün ən sağlam şey olardı. Mənfi düşüncələrdən qaçınmaq üçün təsirli bir metod olacaqdır.

5. Qazandığınız müsbət şeyləri itirməyin

Obsesiya üçün atacağınız addım kiçik olsa da heç vaxt təslim olmayın. Müqavimət göstərməyi bilin, zaman zaman hər şeyin boşa getdiyini hiss edirsinizsə, ya da başa qayıtsanız, qorxmayın və narahat olmayın.

6. İdmanla məşğul olun

Mütəmadi olaraq idman etmək bədəni idarə etməyə imkan verir, bədən nəzarətini nə qədər çox ələ alsanız, bir o qədər də ağıl idarənizi alacaqsınız. İdman edərkən bədəniniz xoşbəxtlik hormonunu ifraz edir, beləliklə digər amillərin yaratdığı obsesif əhval-ruhiyyənin öhdəsindən daha asan gələ bilərsiniz.

7. Əzmkar olun

Bir məşğuliyyətə sahib olmaq, hər hansı bir şeyə baxmayaraq, sizi məşğul edəcək, belə ki mənfi düşüncələrdən və vəsvəsələrdən çəkinə bilərsiniz. Boşda qaldıqca ağlınızda yaratdığı obsesif düşüncələrdən qurtulmanın ən yaxşı yollarından biri də məşğuliyyətdir.

8. Yuxu rejiminizə diqqət edin

Yaxşı bir yuxu cədvəlinə sahib olmaq, gün üçün daha güclü və xoşbəxt oyanmağımıza imkan verir. Hər gün güclü və xoşbəxt bir şəkildə oyanırıq, obsesif düşüncələrin ağlımıza gəlməsi ehtimalı azdır. Yaxşı bir yuxu rejimi və yuxumuzu almaq gün ərzində necə olmağımızı müəyyən edən bir amildir.

 

Yazının müəllifi : Psk. Mehmet Tarık Çay Psikoloji

 

DoktorAZ.Com


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020