Tibbi Təhsil və İnformasiya Portalı

Advert

22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib

22 iranlı həkim könüllü fəaliyyət üçün Azərbaycana müraciət edib
Advert
21 Oktyabr 2020 - 13:26
Advert

İran həkimləri Azərbaycana könüllü olaraq gəlməyə və döyüş zonalarında yaralanan əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə hazırdır.

DoktorAZ.Com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib. Məlumatda qeyd edilir ki, bu, 22 iranlı həkimin Azərbaycanın İrandakı səfirinə müraciətində öz əksini tapıb.

Müraciətdə qeyd edilib ki, İran həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələrlə təbrik edir, eləcə də, hərbçilərin və dinc insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayır:

“Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan dinc əhaliyə və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.

Səfirliyin məlumatında müraciət edən həkimlərin sayının artacağı qeyd olunub.


Advert
OXUYUCULAR BURANI GÖRƏR

Şərh yazmaq üçün daxil olmalısınız.

Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020