Tibbi Təhsil və İnformasiya Portalı

Advert

2020-2021-ci tədris ili üçün rezidenturaya qəbul olanlar üçün Məlumat

2020-2021-ci tədris ili üçün rezidenturaya qəbul olanlar üçün Məlumat
Advert
29 Sentyabr 2020 - 21:45
Advert

2020-2021-ci tədris ili üçün Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 01.10.2020-ci il tarixindən 09.10.2020-ci il tarixinədək Azərbaycan Tibb Universitetinin 4№-li Tədris binası (Ünvan: Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi-18) təqdim edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliynən mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

 Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

 baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

 xarici ölkələrdə ali təhsil almış şəxslər – Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

 xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Tarix və saatİxtisas
     1  oktyabr 
09.30-13:00Üz-çənə cərrahiyyəsi
 Sosial  gigiyena və səhiyyənin təşkili
Gigiyena
14:00-16:00Tibbi mikrobiologiya
 Laboratoriya  işi
 Epidemiologiya
 Ailə təbabəti
Nüvə təbabəti
Uşaq və yeniyetmə psixiatriyası
Neonotologiya
      2 oktyabr 
09.30-13:00Endodontiya
Parodontologiya
 Restorativ stomatologiya
 Ortopedik  stomatologiya
 Uşaq stomatologiyası
 Ortodontiya
14.00-16:00Uşaq endokrinologiyası
Uşaq nefrologiyası
Uşaq nevrologiyası
Uşaq qastroenterologiyası
Uşaq yoluxucu xəstəlikləri
Üşaq ürək-damar cərrahiyyəsi
Uşaq cərrahiyyəsi    
Otorinolarinqologiya
Nefrologiya
5 oktyabr

 

09.30-13:00Mamalıq-ginekologiya
Nevrologiya
14.00-16:00Daxili xəstəliklər
Kardiologiya
       6 oktyabr 
09.30-13:00Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
Narkologiya
Fizioterapiya və  tibbi  bərpa
14.00-16:00Allerqologiya və İmmunologiya
 Yoluxucu  xəstəliklər
Revmatologiya
Endokrinologiya
7 oktyabr
09.30-13:00Travmatologiya  və  ortopediya
 Onkologiya
 Urologiya
14.00-16:00Oftalmologiya
Psixiatriya
Uşaq kardiologiyası
8  oktyabr
09.30-13:00Anesteziologiya-reanimatologiya
Neyrocərrahiyyə
Plastik  cərrahiyyə
14.00-16:00Ümumi  cərrahiyyə
 Ürək-damar   cərrahiyyəsi
9 oktyabr
09.30-13:00Ftiziatriya
Patoloji  anatomiya və məhkəmə tibbi ekspertiza
14.00-16:00Pediatriya
Şüa diaqnostikası


Advert
OXUYUCULAR BURANI GÖRƏR
Advert
Advert

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. 2015-2020